Bu gündən Azərbaycanın ali məktəblərinin magistraturasına sənəd qəbulu başlayır

Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən respublika ali məktəblərinin magistraturasına sənəd qəbuluna başlayır. APA-nın məlumatına görə, bununla əlaqədar bu gün mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, sənədlərin qəbulu internet vasitəsi ilə aprelin 20-dək davam edəcək. Qəbul imtahanı iki mərhələdə keçiriləcək. Mayın 3-də keçirilməsi planlaşdırılan birinci mərhələdə bakalavrın test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi yoxlanılacaq. Bu il ilk dəfə olaraq, bakalavrlara informatika ilə bağlı da suallar təqdim ediləcək. İmtahanın ilk mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20, informatika üzrə 10, xarici dildən 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar.
M. Abbaszadə bildirib ki, hələlik magistratura üçün plan yerləri onlara təqdim edilməyib. İmtahanın birinci mərhələsi keçirildikdən sonra TQDK plan yerlərini elan edəcək və ilk mərhələni uğurla başa vuran bakalavrlar ikinci mərhələdə iştirak edəcəklər. İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunmuş tarixdə elektron ərizələrinə daxil olaraq bitirdiyi bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq etməlidirlər. Hər bir bakalavr ərizəsinə müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla, eyni bir qəbul proqramına aid olan 10-dək ixtisas kodunu əlavə edə bilər.
İkinci mərhələdə isə namizədin test üsulu ilə qəbul olunmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq. Təxminən 8-9 proqram üzrə yazılı imtahan keçiriləcək. M. Abbaszadə bildirib ki, imtahanın ikinci mərhələsinin iyunun 21-də keçirilməsi nəzərdə tutulur. Amma iştirakçıların sayından asılı olaraq, bu tarix dəyişdirilə də bilər. Seçdiyi ixtisasların müsabiqəsində iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal 75-dən, o cümlədən ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır.
TQDK sədrinin sözlərinə görə, bu il ilk dəfə olaraq, bakalavrlar imtahana “Buraxılış vərəqəsi”ni özləri çap edə biləcəklər. Bu gün 2009-2010-cu tədris ili üçün Türkiyə universitetlərinin magistraturasında Azərbaycan vətəndaşlarının təhsil alması üçün sənəd qəbuluna da başlanılır. Bu il Türkiyə azərbaycanlı gənclərin magistraturada təhsil alması üçün 9 istiqamət üzrə 12 plan yeri ayrılıb.

Sosial

Ağdamda Forum çərçivəsində panel müzakirələri olub - FOTO

Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib - FOTO - YENİLƏNİB

Baş Prokurorluq MTK-ların elektrik, su və qaz sayğaclarına görə pul tələb etməsinə münasibət bildirib