Azərbaycanın bir qrup millət vəkili Qubadakı kütləvi məzarlıqda muzey yaradılması ilə bağlı hökumətə təkliflər hazırlayıb

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın bir qrup millət vəkili Qubadakı kütləvi məzarlıqda muzey yaradılması ilə bağlı təkliflər hazırlayıb. Bu barədə APA-ya Qubadan olan millət vəkili Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, 8 millət vəkili adından hazırlanan təkliflərdə Quba məzarlığında təcili muzey tikintisinin başlanması, məzarlığa yol çəkilməsi, məzarlığın ətrafındakı evlərin köçürülməsi və s. məsələlər nəzərdə tutulur.
Millət vəkilləri bunun üçün Azərbaycan Nazirlər Kabinetinin (NK) 3-5 milyon manat vəsaitin ayırmasını təklif edirlər. V. Əhmədovun sözlərinə görə, hələlik baş nazir Artur Rəsizadə işə çıxmadığından millət vəkilləri təklifləri NK-ya təqdim etməyiblər.
Baş nazir işə çıxandan sonra isə millət vəkilləri onunla şəxsən görüşərək, Quba məzarlığı ilə bağlı təkliflərini təqdim edəcəklər.

Sosial

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib

Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb - YENİLƏNİB

Ailə tipli kiçik qrup evləri və uşaq evləri Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib