Azərbaycan ali məktəblərinin magistratura pilləsinə qəbulun təşkili qaydalarında dəyişiklik ediləcək
13 aprel 2009 12:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələn ildən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsini elektron formada kompüterlə keçirəcək. APA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə açıqlayıb. O bildirib ki, analoji formadan TOFEL imtahanlarında da istifadə edilir: “TOFEL imtahanlarının 2-3 variantı var və bu zaman kompüterlə test imtahanları vermək mümkündür. Biz magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsini də kompüter zalı olan məktəblərdə cədvəl üzrə bu cür keçirəcəyik. Hər bakalavr kompüter arxasında əyləşib suallara cavab verəcək. Bu mərhələdə biz faktiki olaraq bakalavrın informatika üzrə biliyini praktiki formada da yoxlayacağıq. Bu il ilk dəfə olaraq bakalavrların informatikadan nəzəri bilikləri yoxlanacaq. Gələn ildən isə belə imtahanları artıq praktik formada aparacağıq. Bu imtahanlara nəzarət də olacaq və onların keçirilməsində heç bir problem yaranmayacaq”.
M. Abbaszadə deyib ki, TQDK gələcəkdə magistraturaya sınaq imtahanlarını da hər ay elektron formada keçirməyi nəzərdə tutur. Onun fikrincə, belə sınaq imtahanlarının təşkili bakalavrların qəbul imtahanlarına daha yaxşı hazırlanmasına yardım edəcək.
M. Abbaszadə deyib ki, TQDK gələcəkdə magistraturaya sınaq imtahanlarını da hər ay elektron formada keçirməyi nəzərdə tutur. Onun fikrincə, belə sınaq imtahanlarının təşkili bakalavrların qəbul imtahanlarına daha yaxşı hazırlanmasına yardım edəcək.
Sosial
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb
18:56
11 sentyabr 2024
FHN-in Akademiyasının saytı istifadəyə verilib
18:47
11 sentyabr 2024
Laçına köçən daha 18 ailəyə evlərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB-1
15:59
11 sentyabr 2024
Naxçıvan əhalisinin sayı açıqlanıb
14:05
11 sentyabr 2024