Dünya Bankının kadr potensialının yaxşılaşdırılmasına dair missiyası Azərbaycana gəlib
13 aprel 2009 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Dünya Bankının (DB) kadr potensialının yaxşılaşdırılmasına dair missiyasının Azərbaycana səfəri başlayıb.
DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya bankın mütəxəssisi xanım Elizabet Lanq (Elisabeth Lang) başçılıq edir: «Kadr potensialının yaxşılaşdırılması layihəsinə əsasən iri infrastruktur layihələrində iştirak edən qurumların nümayəndələri cəlb olunacaq».
Missiyanın səfərinin əsas məqsədi kadr potensialının yaxşılaşdırılması layihəsinin hazırlıq işlərinin aparılmasıdır. Səfər aprelin 20-dək davam edəcək: «Yeni layihəyə DB 5 mln. ABŞ dolları məbləğində kredit ayırmağa hazırdır ki, məbləğin dəqiq həcmi sonrakı mərhələlərdə müəyyənləşəcək».
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. dollardan artıq maliyyə yardımı göstərib.