Azərbaycanla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında növbəti beş ildə əməkdaşlığın istiqamətləri müzakirə olunacaq

Azərbaycanla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında növbəti beş ildə əməkdaşlığın istiqamətləri müzakirə olunacaq
# 13 aprel 2009 14:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyətinin səfərində əsas məqsəd Azərbaycanla qurum arasında 2010-2015-ci illərdə əməkdaşlığın istiqamətlərini müzakirə etməkdir”. Bu açıqlamanı APA-ya BAEA-nın Azərbaycandakı layihələrinin koordinatoru Andrey Çupov verib. O Bakıya gələcək nümayəndə heyətinin tərkibinə nüvə texnologiyalarının tətbiqinin müxtəlif sahələrinə dair 6 ekspertin daxil olacağını bildirib: “Səfər ərzində mütəxəssislərimiz azərbaycanlı həmkarları ilə gələcək əməkdaşlığın istiqamətlərini müzakirə edəcəklər. Nəticədə baza yaranacaq və ola bilsin ki, ilin sonuna kimi 5 il müddəti əhatə edən saziş imzalansın”. BAEA nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasında, Fövqəladə Hallar Nazirliyində, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyində, Nüvə və Radiasiya Təhlükəsizliyi Agentliyində, Səhiyyə Nazirliyində və Onkologiya Mərkəzində görüşlər keçirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR