Azərbaycanda tibb və ya əczaçılıq fəaliyyəti ilə lisenziyasız məşğul olmaqla bağlı 98 fakt aşkarlanıb

Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə və Vergilər nazirlikləri ölkədə xüsusi razılıq (lisenziya) olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olunması halları ilə bağlı operativ nəzarət tədbirləri həyata keçirib. Nazirliyin tibbi yardımın təşkili şöbəsindən APA-ya verilən məlumata görə, həmin tədbirlər nəticəsində bu ilin yanvar-mart ayları ərzində xüsusi tibb və ya əczaçılıq fəaliyyəti ilə lisenziyasız məşğul olmaqla əlaqədar 98 fakt aşkarlanıb. Bu faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi əsasında cərimə sanksiyaları tətbiq edilib.
Sosial

Ağdamda Forum çərçivəsində panel müzakirələri olub - FOTO

Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib - FOTO - YENİLƏNİB

Baş Prokurorluq MTK-ların elektrik, su və qaz sayğaclarına görə pul tələb etməsinə münasibət bildirib
