72 yaşı şəxs vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqəyə sənəd verib

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 29 dövlət orqanı üzrə 639 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqəyə 2822 namizəd sənəd verib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 623-ü (22%) qadın, 2199-u (78%) isə kişidir. Namizədlərdən ən gənci 20, ən yaşlısı isə 72 yaşındadır.
Komissiya vakant vəzifələrinə daha çox üstünlük verilən dövlət qurumlarını da müəyyənləşdirib. Statistik göstəricilərə əsasən, ən çox namizəd İqtisadi İnkişaf Nazirliyi (83 yerə qarşı 801 namizəd), Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (98 yerə qarşı 328 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (78 yerə qarşı 255 namizəd), Təhsil Nazirliyi (62 yerə qarşı 229 namizəd) və Gənclər və İdman Nazirliyi (49 yerə qarşı 144 namizəd) üzrə qeydə alınıb. Bu beş dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 62%-ni təşkil edir.
İmtahana buraxılış vərəqələri aprelin 21-24-də veriləcək, test imtahanı isə aprelin 25-də Bakıda keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının martın 20-də müsabiqəyə çıxardığı 23 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu isə aprelin 18-dək davam edəcək.