ABŞ-ın Azərbaycandakı səfiri İmişli və Sabirabadda tibbi obyektlərin təməlqoyma mərasimində iştirak edib - FOTOSESSİYA

Bakı. Viktoriya Dementyeva - APA. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi ABŞ Müdafiə Departamentinin nümayəndələri və Azərbaycan rəsmiləri ilə birlikdə İmişli və Sabirabad rayonlarında xəstəliklərə nəzarət obyektlərinin təməlqoyma mərasimində iştirak edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu laboratoriyalar ABŞ Müdafiə Departamenti ilə Azərbaycan tərəfi arasında “Bioloji təhlükənin azaldılması proqramı” üzrə ikitərəfli əməkdaşlıq çərçivəsində inşa ediləcək. Proqram çərçivəsində Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Ukraynada dövlət, regional və rayon səviyyəsində xəstəliklərə nəzarət və diaqnostika aparmaq üçün şəbəkələrin inkişafına dəstək verir. Bu laboratoriyalar Azərbaycanda infeksion xəstəliklərin yayılmasına qarşı operativ tədbirlər görülməsinə imkan yaradacaq.
Sosial

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib

Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb - YENİLƏNİB

Ailə tipli kiçik qrup evləri və uşaq evləri Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib
