Azərbaycanda abituriyentlər ilk dəfə virtual ödəmə kartından istifadə edə biləcəklər

Azərbaycanda abituriyentlər ilk dəfə virtual ödəmə kartından istifadə edə biləcəklər
# 17 aprel 2009 10:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 21-dən ilk dəfə olaraq virtual ödəmə kartının istifadəsinə başlayacaq. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, kredit kartı olan şəxslərin ödəmə kartı almasına ehtiyac qalmayacaq və onlar bu kart vasitəsilə komissiyanın internet saytına daxil olaraq virtual ödəmə kartı əldə edəcək: “Nömrələr, pin kodlar, parollar istifadəçiyə virtual olaraq göndəriləcək. Amma bu xidmətdən yararlanmaq üçün hər bir şəxs ekspress kredit kartından istifadə etməlidir. Bu, elektron ticarətin bir üsuludur”.

M. Abbaszadə qeyd edib ki, Azərbaycanda “Elektron imza haqqında” qanun qəbul olunsa da, ölkədə elektron imza hələ tətbiq edilmir. Elektron imzanın tətbiqinə başlandıqdan sonra artıq abituriyentlər ərizələrini sənəd qəbulu komissiyalarında deyil, internetlə təsdiqlədəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR