Bakı Baş Səhiyyə İdarəsi onkoloji xəstələrin müayinəsinə başlayıb

Bakı Baş Səhiyyə İdarəsi onkoloji xəstələrin müayinəsinə başlayıb
# 17 aprel 2009 10:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Baş Səhiyyə İdarəsi paytaxtın rayonlarında onkoloji xəstələri müəyyən etmək üçün müayinələr aparır. APA-nın məlumatına görə, bu barədə Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova bildirib. Onun sözlərinə görə, artıq paytaxtın Qaradağ rayonunda və məcburi köçkünlər yerləşən “Ümid” qəsəbəsində belə müayinələr aparılıb: ”Qaradağ rayonunda 1000-dən çox insan müayinədən keçirilib. Bu insanların arasında 2 faizə qədər ağır vəziyyətdə olan onkoloji xəstə müəyyənləşib”.
L Seyidbəyova bildirib ki, ümumiyyətlə, paytaxt üzrə olan göstəricilərə əsasən, qadınlar arasında süd vəzisinin, kişilər arasında isə ağciyər xərçəngi daha üstünlük təşkil edir. Yaxın zamanlarda Bakı Baş Səhiyyə İdarəsi Xətai və Nizami rayonlarında da risk qrupuna daxil olan xəstələrin müəyyənləşdirilməsinə başlayacaq. Bakı şəhəri üzrə müayinələrin nə zaman bitəcəyinə gəlincə, L. Seyidbəyova bildirib ki, bu tək Bakı Baş Səhiyyə İdarəsindən asılı olan məsələ deyil: “Biz Milli Onkologiya Mərkəzinə müraciət edirik. Nə zaman mobil klinika təşkil etmək üçün boş maşın olsa, biz bu maşınlardan istifadə edirik. Həmin rayonlarda yerləşən şəhər poliklinikaları da bu işə cəlb olunub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR