Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələri fəaliyyətə başlayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələri fəaliyyətə başlayacaq
# 17 aprel 2009 11:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Nazirlər Kabinetinin qərarına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələri yaradılır. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, aprelin 25-də dövlət qulluğuna qəbul imtahanı keçirildikdən sonra regional bölmələr fəaliyyətə başlayacaq. Regional bölmələr həmin zonaya aid olan sənəd qəbulu komissiyalarının işini yoxlayacaq. Gələn həftə Nazilər Kabinetinin ali məktəblərə tələbə qəbulu aparılacaq ixtisaslar və plan yerləri ilə bağlı qərar verəcəyi də gözlənilir. İxtisaslar təsdiqləndikdən sonra TQDK tərəfindən elan ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR