Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apellyasiya komissiyası 8 QHT-nin şikayətinə baxıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apellyasiya komissiyası 8 QHT-nin şikayətinə baxıb
# 17 aprel 2009 15:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apellyasiya komissiyası qurumun elan etdiyi maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 8 QHT-nin şikayətinə baxıb. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, komissiyanın iclası media nümayəndələrinin iştirakı ilə keçirilib. İclasda Azərbaycan Təhsil Şurası, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyi, Məcburi Köçkünlər Cəmiyyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, “Yayım” Assosiasiyası, “Təhsil” Cəmiyyəti, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası və Təhsilin Harmonik İnkişafı İctimai Birliyinin şikayətləri araşdırılıb. Hər bir şikayət üzrə ayrılıqda qərar qəbul edilib. Komissiya şuranın katibliyinə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin layihəsinə ekspertlər səviyyəsində yenidən baxılmasını tövsiyə edib. Digər 7 təşkilatın layihəsi üzrə isə şuranın qərarı qüvvədə saxlanılıb. Şuranın katibliyinə daxil olmuş daha 29 QHT-nin şikayətinə baxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR