Şahbuzda əmək yarmarkası keçirilib

Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda növbəti əmək yarmarkası keçirilib. Rayon Məşğulluq Mərkəzinin direktoru Hüseyn Lazımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara müəssisə və təşkilatlar üzrə 88 boş iş yeri təqdim olunub. Gün ərzində 40 nəfərə işlə bağlı göndəriş verilib. Şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar aprel ayının sonlarınadək regionun bütün bölgələrini əhatə edəcək. Yarmarkaların növbəti rüblər ərzində də təşkili nəzərdə tutulur. Qeyd edək ki, ötən il Naxçıvan MR-də rayon və şəhər məşğulluq mərkəzləri tərəfindən 2 min 351 işaxtaran vətəndaş qeydə alınıb, onlardan 2 min 113-ü işlə təmin olunub.
Sosial

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qrupunun iclası keçirilib

Kamran Əliyev Britaniya səfiri ilə görüşüb - FOTO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
