“Rostropoviç - Vişnevskaya” Fondu mayın 1-dən Azərbaycanda “Hepatit B” və HİV virusunun profilaktikasına dair yeni layihə həyata keçirəcək

Bakı. İlhamə İsabalayeva-APA. Mayın 1-dən “Rostropoviç-Vişnevskaya” Fondu Azərbaycanda yeni proqram həyata keçirməyə başlayacaq. Fondun Azərbaycan üzrə direktoru Soltan Məmmədov APA-ya bildirib ki, Səhiyyə Nazirliyinin prioritet kimi müəyyənləşdirdiyi “Hamilə qadınların “Hepatit B”, HİV virusuna qarşı diaqnostikası və yeni doğulan uşaqların hepatit B-yə qarşı profilaktikası” proqramının hazırlıq işlərinə artıq başlanılıb. Layihə 1 il ərzində yalnız Bakını, 2010-cu ildən başlayaraq isə bütün respublikanı əhatə edəcək. Layihədə qadın məsləhətxanaları və doğum evləri iştirak edəcək. Mayın 1-dən Bakıda qeydiyyata alınan hamilə qadınların hepatit B və HİV virusuna qarşı testlə ekspress diaqnostikası keçiriləcək. Müsbət müəyyən edilmiş qadınların analizləri təsdiqedici laboratoriyaya göndəriləcək.
S. Məmmədov deyib ki, ilk iki ildə proqram fond tərəfindən maliyyələşdiriləcək. 2011-ci ildən başlayaraq isə Səhiyyə Nazirliyinin proqram üzrə öhdəliyi artırılacaq. 2012-ci ildən artıq proqram tam şəkildə Səhiyyə Nazirliyi tərəfindən icra ediləcək. İlk iki ildə proqramın dəyəri 1 milyon dollardan çox olacaq. S. Məmmədov deyib ki, əsasən, qan və cinsi yolla ötürülən “Hepatit B” virusu anadan bətndəki dölə keçərsə, bu xəstəlik 90 faiz uşaqda xroniki hala keçir və bir neçə ildən sonra qaraciyərin xərçəngi xəstəliyinin yaranmasına gətirib çıxarır.

Sosial

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Azərbaycan və Moldova ƏƏSMN-ləri arasında əməkdaşlıq layihəsi hazırlanır

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb