Təhsil Nazirliyi Azərbaycan gənclərin Cənubi Koreyada təhsil alması üçün müsabiqə keçirir

Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi Nazirlər Kabinetinin 2008-ci il iyunun 3-də təsdiqlədiyi “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq, Cənubi Koreyanın KAİST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) informasiya kommunikasiya texnologiyaları və kompüter elmləri üzrə bakalavr pilləsində təhsil almaq məqsədilə müsabiqə keçirir. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində I və II kursunda təhsil alan, bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı, 550 bal, digər sahələr üzrə ən azı, 600 bal toplayan, 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün namizədin OEFL və ya digər beynəlxalq səviyyəli sertifikatı da olmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mayın 10-dək nazirliyə təqdim etməlidirlər.
Sosial

İndiyədək dünyada meymunçiçəyinə 35 min yoluxma qeydə alınıb, 12 nəfər ölüb

Avqustun 29-dan bağçalara işə qəbul üzrə test imtahanı mərhələsi başlayır

Elmi-Tədqiqat Pediatriya İnstitutu beşəmlərlə bağlı açıqlama yayıb
