Masallıda şəhid ailələri və müharibə əlilləri üçün yeni bina tikilir

Masallıda şəhid ailələri və müharibə əlilləri üçün yeni bina tikilir
# 21 aprel 2009 07:15 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı şəhərinin Zərifə Əliyeva küçəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 910 kvadratmetrlik yeni yaşayış binası tikilir. Masallı Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Cəmil Məmmədovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə inşa olunan obyektdə indiyədək işlərin 65 faizi həyata keçirilib. 36 mənzilli, dördmərtəbəli binanın həyətində həmçinin iki qazanxananın, idman meydançasının, avtomobil dayanacağının və digər yardımçı tikililərin də inşası nəzərdə tutulub. Su, elektrik enerjisi və təbii qazla təchiz olunacaq yaşayış binasının bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR