Azərbaycanda “Coxuşaqlı ailələrin sosial müdafiə haqqında” qanun layihəsi hazırlanacaq

Azərbaycanda “Coxuşaqlı ailələrin sosial müdafiə haqqında” qanun layihəsi hazırlanacaq
# 21 aprel 2009 15:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Milli Məclisin Sosial siyasət komitəsi “Coxuşaqlı ailələrin sosial müdafiə haqqında” qanun layihəsi hazırlamağı nəzərdə tutur. APA-nın məlumatına görə, komitənin sədr müavini Musa Quliyev bildirib ki, layihənin hazırlanmasına bu ilin payız sessiyası ərzində başlanacaq. Layihənin ilk detalları barədə indidən danışmağın hələlik tez olduğunu deyən millət vəkili qeyd edib ki, bir neçə il əvvəl ailələrə verilən “uşaq pulu”nun yenidən bərpası nəzərdə tutulmur: “Çünki hazırda Azərbaycanda ünvanlı sosial yardım layihəsi tətbiq edilir və kifayət qədər uğurla həyata keçirilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR