Culfada əmək yarmarkası keçirilib

Culfada əmək yarmarkası keçirilib
# 22 aprel 2009 07:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunda növbəti əmək yarmarkası keçirilib. Rayon Məşğulluq Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə, yarmarkada vətəndaşlara müəssisə və təşkilatlardan 150 boş iş yeri təqdim olunub. 38 nəfər daimi işlə bağlı göndəriş verilib. 5 nəfər isə məşğulluq mərkəzinin xətti ilə peşə kurslarına cəlb edilib.
Qeyd edək ki, indiyədək Naxçıvan MR-in 7 bölgəsi üzrə əmək yarmarkalarının keçirilməsi başa çatıb. Aprel ayında regionun bölgələrində təşkil olunan yarmarkalarda 200-dən artıq vətəndaş daimi işlə təmin olunub. Sonuncu yarmarka aprelin 24-ü muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR