Çin şirkətləri Azərbaycana məxsus milli ornamentli xalçalar toxuyaraq, “Azərbaycan xalçası” adı ilə Asiya və Avropada satırlar

Çin şirkətləri Azərbaycana məxsus milli ornamentli xalçalar toxuyaraq, “Azərbaycan xalçası” adı ilə Asiya və Avropada satırlar
# 22 aprel 2009 10:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidov məlumat verib.

M. Seyidovun sözlərinə görə, Çin şirkətlərinin bu əməllərinin qarşısını almaq üçün «Azərxalça» Elmi İstehsalat Birliyindən Komitəyə müraciət daxil olub. Komitə isə bu məsələni öz növbəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı qarşısında qaldırıb.

«Bizdə faktlar var ki, həm Çin, həm də Ermənistanda Azərbaycan ornamentləri ilə xalçalar toxunaraq dünya bazarlarına çıxarılır. Avropanın bir çox ölkəsində bu xalçalar ermənilərə məxsus mağazalarda satışa çıxarılır», - deyə M.Seyidov vurğulayıb.

Komitə rəsmisi problemin həlli istiqamətində beynəlxalq təşkilatlarla müzakirələri davam etdirəcəklərini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR