Səhiyyə Nazirliyi 4 aptek məntəqəsi və 1 aptek köşkünün fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi 4 aptek məntəqəsi və 1 aptek köşkünün fəaliyyətini dayandırıb
# 22 aprel 2009 12:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisləri Bakıdakı əczaçılıq müəssisələrinə növbəti baxış zamanı səhiyyə nazirinin “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” əmrinin tələblərinə və “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələblər”ə cavab verməyən aptek müəssisələri aşkarlayıblar. Nazirliyin tibbi yardımın təşkili şöbəsindən APA-ya verilən məlumata görə, Yasamal rayonu, C. Cabbarlı küçəsi 37 saylı ünvanda yerləşən Könül Sabir qızı Ələsgərovaya məxsus aptek məntəqəsinə, Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əlizadə küçəsi 42/9 saylı ünvanda yerləşən Ənvər Məhəmməd oğlu Əlizadəyə məxsus aptek məntəqəsinə, Yeni Əhmədli qəsəbəsi, M. Rüstəmov və Şirvani küçələrinin kəsişməsində yerləşən Rüstəmova Şəmsiyyə Aydın qızına məxsus aptek köşkünə, Xətai rayonu, G. Şixlinski küçəsi 2 ünvanında yerləşən Abdullayeva Məhəbbət Sirac qızına məxsus aptek məntəqəsinə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil küçəsi 20 ünvanda yerləşən Mirzəyev Nazim Mürsəl oğluna məxsus aptek məntəqəsinə baxış zamanı bır sıra nöqsanlar üzə çıxarılıb. Bu apteklərdə ümumi sahənin az olduğu, sanitar qovşağın, kondisionerin, hiqrometr və termometrin olmadığı, bir neçə adda dərman preparatının istifadə müddətinin bitdiyi, dərman preparatlarının səhiyyə nazirinin 2007-ci il mayın 3-də verdiyi əmrində göstərilmiş resept formasında deyil, digər resept formasında satışı və digər qüsurlar müəyyənləşdirilib. Bu səbəbdən qeyd edilən aptek müəssisələrinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətləri dayandırılıb. Hazırda nəzarət tədbirləri davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR