“Rus dili və ədəbiyyat dərslərinin tədrisində innovasiya texnologiyalarının təşkili və təmin olunması» adlı elmi-praktiki konfrans keçiriləcək

“Rus dili və ədəbiyyat dərslərinin tədrisində innovasiya texnologiyalarının təşkili və təmin olunması» adlı elmi-praktiki konfrans keçiriləcək
# 22 aprel 2009 13:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Aprelin 23-də Bakıda «Rus dili və ədəbiyyat dərslərinin tədrisində innovasiya texnologiyalarının təşkili və təmin olunması» adlı elmi-praktiki konfrans keçiriləcək. «Rossotrudniçestvo»-nun Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə keçiriləcək tədbirin təşkilatçıları Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi və Azərbaycan Təhsil Müəssisələrinin Rusdilli Müəllimlər Assosiasiyasıdır.

Konfransda Bakı Slavyan Universiteti (BSU), onun Humanitar Liseyi, Bakı və Sumqayıtın ümumtəhsil məktəblərinin müəllimləri, Rusiyanın Bakıdakı səfirliyinin nümayəndələri iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR