II ixtisas qrupu abituriyentlərinə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanıb

II ixtisas qrupu abituriyentlərinə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanıb
# 20 iyul 2009 08:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin II ixtisas qrupu üzrə iyulun 24-də keçiriləcək qəbul imtahanı üçün abituriyentlərə imtahana buraxılış vərəqələrini paylamağa başlayıb. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, buraxılış vərəqəsini almaq üçün II ixtisas qrupunun abituriyentləri iyulun 23-ü saat 17.00-dək ərizə verdikləri sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər.

Qeyd edək ki, bu il II ixtisas qrupu üzrə 25354 abituriyent sənəd verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR