Ali məktəblərin IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 1027 abituriyent iştirak etməyib

Ali məktəblərin IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 1027 abituriyent iştirak etməyib
# 20 iyul 2009 08:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin IV ixtisas qrupu üzrə iyulun 18-də keçirilən qəbul imtahanından 4 abituriyent xaric olunub. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, ilkin məlumatlara əsasən 1027 abituriyent imtahanda iştirak etməyib. Hazırda imtahan protokollarının emalı prosesi gedir. Bu gün axşam saatlarında imtahanın nəticələrinin aşıqlanacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR