Azərbaycan ərazisində 42 dərəcə isti gözlənilir

Azərbaycan ərazisində 42 dərəcə isti gözlənilir
# 20 iyul 2009 09:23 (UTC +04:00)
Şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 32-36 dərəcə, axşam 28-30 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyulun 21-də havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir nisbətən güclənəcək. Gecə 24-28, gündüz 35-38, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 27-28 dərəcə isti olacaq. İyulun 22-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 30-32 dərəcə isti olacaq. iyulun 23-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 29-31 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 21-də hava, əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. İyulun 22-23-də gecə və axşam əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, iyulun 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 14-18 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR