Saxlama müddəti ötmüş 700 kiloqrama yaxın ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 700 kiloqrama yaxın ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 20 iyul 2009 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti həyata keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, monitorinq zamanı Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Olimp” firma mağazasında, “Şərur market”də, “MİF market”də, “Elvin market”də, Nizami rayonunda yerləşən “Tural market”də, Gəncə şəhərindəki “Ərzaq market”də, Cəlilabad rayonunun Qarazəncir kəndində Namiq Məmmədova məxsus ərzaq mağazasında ümumi çəkisi 700 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, meyvə şirələri, mayonezlər və s. aşkar olunub. Keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, bu il mayın 17-dən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 35 hüquqi şəxsə 136,5 min manat, 189 fiziki şəxsə 284 min manat cərimə tətbiq olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR