Azərbaycanlı gənclər Koreyaya səfər edəcək

Azərbaycanlı gənclər Koreyaya səfər edəcək
# 20 iyul 2009 11:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyinin bir neçə nümayəndəsi 10 nəfər ali məktəb tələbəsi ilə birgə iyulun 21-də Koreya Respublikasında səfərdə olacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 30-dək davam edəcək səfər Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunur. Təsdiq edilmiş sənədə əsasən artıq ikinci ildir ki, gənclər mübadiləsi həyata keçirilir. Mübadilə proqramına əsasən, Koreya gəncləri avqustun 12-dən 22-dək Azərbaycanda səfərdə olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR