London Siti merinin xanımı Bakıdakı yay kompüter düşərgəsində olub

London Siti merinin xanımı Bakıdakı yay kompüter düşərgəsində olub
# 20 iyul 2009 14:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Böyük Britaniyanın London Siti merinin xanımı Lin Luder Bakıda Zərifə Əliyeva adına məktəbdə təşkil olunan yay kompüter düşərgəsini ziyarət edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, L. Luder düşərgədə uşaqlarla görüşüb və onların hazırladığı elektron təqdimatları nəzərdən keçirib. Daha sonra qonaq proqramlaşdırma, veb-hazırlıq, multimedia texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər üzrə yaradıcılıq emalatxanalarının fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, yay kompüter düşərgəsi “Microsoft Azərbaycan” şirkəti və “İNFOMAS” qeyri-hökumət təşkilatı tərəfindən Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil olunub. Yay kompüter düşərgəsinin yaradılmasında əsas məqsəd yetişən nəslin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərinin inkişaf etdirilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR