Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
# 20 iyul 2009 15:03 (UTC +04:00)
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, qəbul imtahanında 15218 abituriyent iştirak edib. İmtahan qaydalarını pozduqlarına görə 4 nəfər imtahandan xaric olunub. Bu ixtisas qrupu üzrə cari tədris ilində ayrılan plan yerlərinin ümumi sayı 3455-dir. İmtahanın nəticəsinə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla, 3785 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Azərbaycan bölməsi üzrə 3255, rus bölməsi üzrə isə 490 nəfər müsabiqədə iştirak edə biləcək. Bu ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent 695 bal toplayıb.

Tələbə qəbulu müsabiqəsində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Qeyd edək ki, bütün qruplar üzrə ixtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə ilə aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR