Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edib
# 21 iyul 2009 08:00 (UTC +04:00)
Belə ki, Ələt-Hacıqabul magistral avtomobil yolunun 38-ci kilometrliyinin yeni salınmış meşə əkini sahəsində, Xırdalan Meşə Müəssisəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində, Bakı-Quba yolunun 115-ci kilometrliyinin Dəvəçi MMBM-nin və 42-ci kilometrliyinin Giləzi Meşəsalma Müəssisəsinin ərazilərində iri və xırda miqyaslı yanğınlar baş verib. Bu yanğınlardan birinin qarşısını alan zaman nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşı Əlzamin Talıbovu zəhərli ilan sancıb və o, hazırda xəstəxanadadır.

ETSN bir daha əhalini meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR