Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə hərbi həkim işi ixtisası üzrə əlavə qeydiyyat başlayıb

Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə hərbi həkim işi ixtisası üzrə əlavə qeydiyyat başlayıb
# 21 iyul 2009 10:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2009-2010-cu tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsinin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak etmiş, ümumi balı 450-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, 01.09.2009-cu il tarixə kimi 17 yaşı tamam olan, lakin 19 yaşına çatmayan oğlan abituriyentlərin (yalnız Azərbaycan Respublikasının vətəndaşları) Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə hərbi həkim işi ixtisası üzrə qəbulu üçün qeydiyyatını davam etdirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi həkim işi ixtisasına qəbul olmaq istəyən namizədlər 2009-cu il iyulun 21-dən 30-dək hər gün (şənbə və bazar günlərindən başqa) Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına fakültə rəisinin adına ərizə, tərcümeyi-hal, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş), xasiyyətnamə, orta təhsil haqqında sənədin surəti, 4 ədəd fotoşəkil (baş geyimsiz, 4,5x6 sm ölçüdə), 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri, sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ, qanın ümumi analizi, qan qrupu və rezus faktor, tibbi göstərişə görə qanda İİÇV və siflisə görə seroloji reaksiyalara aid müayinənin nəticəsi, sidiyin ümumi analizi, nəcisdə helmintlərin yumurtalarının və lyambiyaların sistlərinin olmasına aid müayinə, psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdə (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi (doğum haqqında şəhadətnamə), çağırışçının qeydiyyat vərəqəsi, orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR