Yeni dərs ilində Təhsil Nazirliyi 87 adda dərslik və müəllim üçün vəsait nəşr edəcək

Yeni dərs ilində Təhsil Nazirliyi 87 adda dərslik və müəllim üçün vəsait nəşr edəcək
# 21 iyul 2009 15:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yeni dərs ilində Təhsil Nazirliyi 87 adda dərslik və müəllim üçün vəsaitin nəşrini nəzərdə tutub. Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının APA-ya verdiyi məlumata görə, bunlardan 47 adda dərslik V-XI sinif şagirdləri üçün dərsliklərdir. Qalan 40 adda dərslik və müəllim üçün vəsait isə II siniflər üçündür: “Ümumtəhsil məktəblərində yeni kurrikulum əsasında dərsliklər hazırlayırıq. Bu dərsliklər müəllim üçün vəsait, dərslik və iş dəftərindən ibarətdir. Keçən il I siniflər üçün dərslik komplektləri hazırlanıb. Bu il isə II siniflər üçün dərsliklər hazırlanır. Gələn il III və IV siniflər üçün belə komplektlər hazırlanacaq. V-XI siniflər üçün dərsliklərin hamısı artıq hazırdır. Artıq dərsliklər Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə verilib və oradan ölkənin bütün rayon təhsil şöbələrinə paylanılıb. Dərsliklərin ümumi sayı 4 milyondan artıqdır. Hətta bəzi rayonlarda orta məktəblərə də dərsliklər bölünüb. II sinif dərslikləri isə artıq çapa hazırlanır. Bu dərsliklər də vaxtında yerlərə çatdırılacaq”.

F. Şahbazlının sözlərinə görə, bu il orta məktəblərdə dərslik çatışmazlığı problemi olmayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR