Ombudsman Qatarın Azərbaycandakı səfirini qəbul edib

Ombudsman Qatarın Azərbaycandakı səfirini qəbul edib
# 22 iyul 2009 15:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova Qatarın Azərbaycandakı səfiri Mübarək bin Fahad Al-Thanini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə E. Süleymanova Azərbaycanın Qatarla insan hüquqları sahəsində əlaqələrin qurulmasında maraqlı olduğunu, səfirin bu işdə köməklik göstərəcəyinə ümid etdiyini bildirib. Səfir isə Qatarda da İnsan Hüquqları Komitəsinin fəaliyyət göstərdiyini, bu qurumla Azərbaycan ombudsmanı arasında insan hüquqları sahəsində əməkdaşlığın yaradılmasına kömək göstərəcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR