Borçalıdan olan gənclər Azərbaycanda istirahət edəcəklər

Borçalıdan olan gənclər Azərbaycanda istirahət edəcəklər
# 22 iyul 2009 16:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda yaşayan 80 nəfər azərbaycanlı gənc Bakının Novxanı qəsəbəsindəki «Aquapark» istirahət-əyləncə mərkəzində dincələcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gənclərin istirahəti Azərbaycan prezidentinin tapşırığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Gənclər iyulun 26-dan avqustun 1-dək Azərbaycanda istirahət edəcəklər. Yay tətilinin səmərəli keçməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycan tarixi və mədəniyyəti, onun mətbəxi, folkloru ilə bağlı seminarlar təşkil olunacaq, bir sıra mədəni-kütləvi tədbirlər həyata keçiriləcək. Gənclər Yanardağda, İçərişəhərdə, Şirvanşahlar sarayında, Atəşgahda olacaq, mədəni abidələrimizin tarixi ilə yaxından tanış olacaqlar. Gürcüstandan Azərbaycana dincəlməyə gedən gənclərin nümayəndə heyətinə Gürcüstanda fəaliyyət göstərən ali məktəblərin, ictimai təşkilatların, eyni zamanda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən «Sarvan» rəqs qrupunun üzvləri də daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR