Azərbaycanda qəbul olunduğu ixtisasdan imtina edən olmayıb

Azərbaycanda qəbul olunduğu ixtisasdan imtina edən olmayıb
# 18 avqust 2009 12:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2009/2010-cu tədris ili üçün ali məktəbin bakalavr pilləsinə qəbul olunmuş şəxslərin daxil olduqları təhsil ocaqlarında qeydiyyatdan keçmələri üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən müəyyən olunmuş müddət başa çatıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, tələbələrin qeydiyyatdan keçməsi üçün avqustun 7-dən 17-nə qədər vaxt müəyyən edilmişdi. Bu müddətdə tələbə adını qazanmış şəxslərin hamısı sənədlərini qəbul olunduqları ali məktəblərə təqdim edərək, qeydiyyatdan keçiblər. E. Nağızadə tələbələrin heç birinin qəbul olunduğu ixtisasdan imtina etmədiyini bildirib.

O, xarici ölkələrdən Azərbaycan ali məktəblərinə qəbul olunmuş şəxslərin də qeydiyyatdan keçmələri üçün təyin olunmuş müddətin avqustun 17-də başa çatdığını qeyd edib. Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, həmin tələbələrdən Azərbaycan vətəndaşlarından fərqli olaraq qəbul olunduqları ali məktəblər əlavə sənədlər də tələb edirlər. E. Nağızadə bu sənədlərin hər ali məktəbə görə, dəyişdiyini də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR