Azərbaycan Təhsil Nazirliyi bu il 28 yeni məktəb tikib

Azərbaycan Təhsil Nazirliyi bu il 28 yeni məktəb tikib
# 19 avqust 2009 13:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Təhsil Nazirliyi üzrə Tədbirlər Planına uyğun olaraq 2009-cu ildə bir sıra bir neçə yeni məktəblər tikilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu il 11 min şagird yerlik 28 yeni məktəbin, 3 mövcud məktəb üçün 1420 şagird yerlik 71 əlavə sinif otağının, 1 təhsil şöbəsinin tikintisi, 4 internat məktəbin və uşaq bağçasının, 11 tədris ocağının əsaslı təmiri, 87 təhsil müəssisəsinin qazlaşdırılması işi həyata keçirilib.

“Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” ölkə prezidentinin sərəncamına uyğun olaraq 4 məktəbin əsaslı təmiri, 800 şagird yerlik 3 yeni məktəbin, 1 məktəb üçün 440 şagird yerlik 22 əlavə sinif otağının tikintisi həyata keçirilir. Dövlət büdcəsindən təhsil sahəsinə mərkəzləşdirilmiş qaydada ayrılan vəsait hesabına isə 11 tədris müəssisəsinin əsaslı təmiri yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR