Ağdaş Özəl Türk Liseyinin builki məzunlarının hamısı tələbə adını qazanıb

Ağdaş Özəl Türk Liseyinin builki məzunlarının hamısı tələbə adını qazanıb
# 19 avqust 2009 13:51 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov – APA. Ağdaş Özəl Türk Liseyinin builki məzunlarının hamısı Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə daxil olub. Liseydən APA-nın yerli bürosuna bildiriblər ki, bu il təhsil ocağını 40 məzun bitirib və onların hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanıb. Liseyin məzunlarından 28-i Azərbaycanın, 12-si isə Türkiyənin müxtəlif universitetlərində oxumaq hüququ əldə edib.
Bu il liseyi bitirən məzunlardan 5 nəfəri 600-dən yuxarı bal toplayıb. Onlardan ən yüksək nəticəni Göyçay rayon sakini Sabir Musayev əldə edib. O, 661 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Ötən il bu təhsil ocağını bitirən 37 məzunun hamısı tələbə adını qazanmışdı. 18 illik fəaliyyəti dövründə liseyin şagirdləri dəfələrlə respublika və beynəlxalq səviyyəli bilik yarışlarında, dünya fənn olimpiadalarında uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Liseyin şagirdləri bu günədək beynəlxalq fənn olimpiadalarından Vətənə 3 qızıl, 5 gümüş və 3 bürünc medal gətiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR