Rusiya səfirliyində bu ölkənin ali məktəblərində təhsil almaq hüququ qazanan soydaşlarımızla görüş keçirilib

Rusiya səfirliyində bu ölkənin ali məktəblərində təhsil almaq hüququ qazanan soydaşlarımızla görüş keçirilib
# 19 avqust 2009 14:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Rusiyanın Azərbaycandakı səfirliyində bu ölkənin ali məktəblərində oxumaq üçün təqaüd proqramı qazanan soydaşlarımızın yola salınmasına həsr olunmuş mərasim keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən səfir Vladimir Doroxin Rusiyaya təhsil almağa gedənləri təbrik edib, onlara uğurlar diləyib: “Ümidvaram ki, təhsilini başa vuran tələbələr yaxşı mütəxəssis kimi yetişəcək, Azərbaycanın rifahı və Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsi naminə çalışacaqlar”. Qeyd edək ki, Rusiya 2007-ci ildə Azərbaycan vətəndaşları üçün 178 təqaüd ayırıb, 2008-ci ildə bu rəqəm 198-ə, 2009-cu ildə isə 284-ə çatıb. Hazırda Rusiyanın ali təhsil müəssisələrində 5755 Azərbaycan vətəndaşı təhsil alır, onların 1420 nəfərinin təhsil haqqı Rusiya federal büdcəsindən ödənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR