Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb
# 20 avqust 2009 07:40 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Bu barədə APA-ya ETSN mətbuat xidmətindən məlumat verilib. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 11 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 2 göstəriş verilib. Ümumilikdə 14 iş üzrə 35200 manat məbləğində cərimə tətbiq edilib, dəymiş ziyana görə isə 3 iş üzrə 343420 manat məbləğində iddia qaldırılıb. Araşdırma müddətində yerin təkinin mühafizəsi sahəsində 1 akt tərtib olunub, 2 iş üzrə 3500 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt və protokol tərtib olunub, 1 məcburi göstəriş verilib, 7 iş üzrə 27800 manat məbləğində cərimə tətbiq edilib. Bundan başqa su ehtiyatları üzrə 1 məcburi göstəriş verilib və 2 iş üzrə 2500 manat məbləğində cərimə tətbiq olunub. Floranın və faunanın mühafizəsi sahəsində dəymiş ziyana görə 3 akt və protokol tərtib edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR