Misir Mərdanov: “Azərbaycanda yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələri mühafizə olunacaq”

Misir Mərdanov: “Azərbaycanda yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələri mühafizə olunacaq”
# 20 avqust 2009 09:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Azərbaycan hökumətinin Dövlət Neft Akademiyasında baş vermiş hadisənin bir daha təkrarlanmasına imkan verməyəcəyinə əmindir: “Yəni valideynlər tam arxayın olsun ki, onların övladlarının sağlamlığı Azərbaycanın bütün təhsil müəssisələrində dövlət tərəfindən mühafizə olunacaq”. M. Mərdanov özəl və dövlət təhsil müəssisələrinin, orta və ali məktəblərin və həmçinin uşaq bağçalarının da mühafizə ediləcəyini vurğulayıb: “Bunun üçün nə qədər vəsaitin xərclənəcəyini isə indi dəqiq söyləyə bilmərəm. Çünki belə müəssisələrin sayı 7 minə yaxındır. Ona görə də maliyyə vəsaitinin məbləğini söyləməkdə çətinlik çəkirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR