Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin təsis qurultayı keçirilib – YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin təsis qurultayı keçirilib – <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 20 noyabr 2009 14:09 (UTC +04:00)
Məktubu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə təqdim edib. Məktubda qeyd olunub ki, hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, idman, mədəniyyət sahələrində uğurlu fəaliyyət göstərir, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Məktubda o da qeyd edilib ki, Azərbaycan gəncliyi qarşısında mühüm vəzifələr dayanır. Gənclər ölkənin qüdrətinin daha da artırılmasına və Azərbaycanın güclü dövlət kimi formalaşmasına öz töhfələrini verməlidirlər. Müraciətdə yeni yaradılan təşkilatın vətəndaş cəmiyyətinin mühüm üzvlərindən birinə çevriləcəyinə əminlik ifadə olunub.

Tədbirdə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev çıxış edib. R. Mehdiyev deyib ki, bu gün Azərbaycan gənclərinin həyatında tarixi bir gündür, 200 minlik tələbə ordusu vahid qurum şəklində fəaliyyətə başlayır: “Bu təşəbbüs bizim üzərimizə böyük öhdəliklər qoyur”.

PA rəhbəri hər il dövlət büdcəsində təhsilin inkişafına ayrılan xərclərin artırıldığını bildirib: “Dövlət büdcəsində ordu quruculuğundan sonra ən çox vəsait təhsil sahəsinə ayrılır. Bu isə prezidentin strateji sahə kimi təhsili daim diqqətdə saxladığını göstərir”.

R. Mehdiyev təhsil sahəsində müəyyən problemlərin olduğunu da qeyd edib. O bildirib ki, bəzi təhsil ocaqlarında təhsilin keyfiyyətinin aşağı olması cəmiyyətin sonrakı inkişafına öz təsirini göstərir: “Bu nöqsanlar aradan qalxmalıdır. Təhsil ocaqları ixtisaslı, intellektual, milli mənəvi dəyərlərə bağlı kadrlar yetişdirməlidirlər”.

Sonra qurultayda birliyin nizamnaməsi təsdiq edilib. Şahin İsmayılov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin sədri seçilib.

Sonda qurultay nümayəndələri adından prezidentə və Azərbaycan gəncliyinə müraciətlər qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR