Azay Quliyev Avrasiya Əməkdaşlıq Fondunun prezidenti ilə görüşüb

Azay Quliyev Avrasiya Əməkdaşlıq Fondunun prezidenti ilə görüşüb
# 20 noyabr 2009 14:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Corc Zarubinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, A. Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün QHT-lərə hərtərəfli dəstək məqsədilə yaradılmış şuranın keçirdiyi maliyyə müsabiqələri, beynəlxalq təşkilatlarla əlaqələri və müştərək layihələri haqda danışıb. Görüşdə gənclərlə əlaqədar birgə proqramların reallaşdırılması, şuranın strateji planlarının hazırlanmasına köməklik, Azərbaycanda QHT-lər üçün yeni standartlar və davranış etikasının formalaşdırılmasında şuraya dəstək verilməsi və digər əməkdaşlıq məsələləri üçün işçi qrupun yaradılması qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR