Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ali məktəb rektorları ilə görüşəcək

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ali məktəb rektorları ilə görüşəcək
# 20 noyabr 2009 15:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sabah Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin rektorları ilə görüşü olacaq. APA-nın məlumatına görə, bu barədə PA rəhbəri özü bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə jurnalistlərə aşıqlamasında deyib ki, Dövlət İdarəçilik Akademiyasında baş tutacaq konfrans zamanı ictimai fənlərin tədrisi ilə bağlı problemlər və perspektivlər müzakirə ediləcək: “Bu müzakirələrin aparılması çox vacibdir. Çünki Azərbaycanda yeni təhsil standartları qəbul edilib. Orada humanitar, ictimai fənlərin, xüsusilə fəlsəfənin tədrisi çox önəmli yer tutmalıdır. Biz yalnız ixtisaslı mütəxəssis yox, eyni zamanda milli-mənəvi dəyərləri, ölkədə və dünyada gedən siyasəti dərk edən gələcəyin vətəndaşlarını hazırlamalıyıq. Hazırda mövcud olan təhsil standartlarında isə ictimai fənlərin tədris yükü azdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR