Xaçmazda “Erməni terroru, erməni vandalizmi və onun ifşa edilməsi” mövzusunda dəyirmi masa keçirilib

Xaçmazda “Erməni terroru, erməni vandalizmi və onun ifşa edilməsi” mövzusunda dəyirmi masa keçirilib
# 20 noyabr 2009 15:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi ilə birgə Xaçmazda “Erməni terroru, erməni vandalizmi və onun ifşa edilməsi” mövzusunda dəyirmi masa keçirib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən QAT sədri Akif Nağı, resurs mərkəzinin direktoru Solmaz Mehdiyeva, BAXCP, AMİP rayon təşkilatlarının rəhbərləri, Ahıska türklərinin yerli qurumunun nümayəndəsi və digərləri bu kimi toplantıların regionlarda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Dəyirmi masada əməkdaşlıq formalarının tapılması haqda da fikir mübadiləsi aparılıb. QAT erməni terroru ilə bağlı kitabları resurs mərkəzinə təqdim edib.

QAT üzvləri 1918-ci ildə erməni soyqırımının qurbanı olan azərbaycanlıların Qubada yerləşən kütləvi qəbiristanlığını da ziyarət ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR