Lənkəran Dövlət Humanitar Kollecinin 85 illiyi qeyd olunacaq

Lənkəran Dövlət Humanitar Kollecinin 85 illiyi qeyd olunacaq
# 20 noyabr 2009 19:11 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Süleyman Mikayılov Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Lənkəran ŞİH aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, bu təhsil ocağının yubiley şənlikləri dekabrın 3-də ümumrayon səviyyəsində geniş qeyd olunacaq. Yubileyə hazırlıq məqsədilə ŞİH başçısının müvafiq sərəncamı ilə təşkilat komitəsi də yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR