Ağdamda ağacəkmə kampaniyası keçirilib - FOTOSESSİYA

Ağdamda ağacəkmə kampaniyası keçirilib - <font color=red> FOTOSESSİYA</font>
# 21 noyabr 2009 11:40 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam rayonu ərazisində ağacəkmə kampaniyası keçirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirə rayon ziyalıları, yeri idarə və təşkilatların nümayəndələri, həmçinin vətəndaşlar qatılıb. Vaxtilə keçilməz meşələri ilə məşhur olan Soltanbud təpəsinin ətəklərində və dövrəsində iki mindən çox ağac əkilib. Ərazinin relyefi nəzərə alınaraq burada xüsusilə şam ağaclarının əkilməsinə üstünlük verilib. Soltanbud təpəsinin ən hündür nöqtəsində Azərbaycan bayrağı ucaldılıb, ətəklərinə isə rəngli daşlarla Azərbaycanın xəritəsi həkk olunub.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov APA-ya bildirib ki, məhv olmuş yaşıllıqların qısa müddət ərzində bərpası üçün yeni tədbirlər planı işlənilir. Bu isə gələcəkdə həm rayonun ekoloji vəziyyətinin düzəldilməsinə, həm də gözəlliyinin qaytarılmasına imkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR