Azərbaycanda “donuz qripi”nə yoluxaraq xəstəxanada müalicə alan sonuncu xəstə evə buraxılıb

Azərbaycanda “donuz qripi”nə yoluxaraq xəstəxanada müalicə alan sonuncu xəstə evə buraxılıb
# 23 noyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda A/H1N1 virusuna (“donuz qripi”) yoluxaraq xəstəxanada müalicə alan sonuncu xəstə evə buraxılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. O bildirib ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan şəxs tam sağlam vəziyyətdə evə buraxılıb. V. Qasımovun fikrincə, sonuncu xəstənin evə buraxılması ilə Azərbaycanda “donuz qripi”nə dair yaşanan həyəcanın sovuşduğunu söyləmək olar.

Qeyd edək ki, indiyədək Azərbaycanda “donuz qripi”nə 14 yoluxma halı qeydə alınıb. Xəstələrin hamısı sağalaraq evə buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR