Azərbaycan paytaxtında proqnozlaşdırılan hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq yaradacaq

Azərbaycan paytaxtında proqnozlaşdırılan hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq yaradacaq
# 23 noyabr 2009 09:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı və Abşeron yarımadasında noyabrın 23-də havanın buludlu, fasilələrlə az yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında şimal küləyinə keçəcək, axşama doğru arabir nisbətən güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verilən məlumata görə, gündüz 9-11, axşam 5-7 dərəcə isti olacaq.

Noyabrın 24-də havanın buludlu, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz tədricən açılacağı, əsasən 6-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 25-də hava buludlu olacaq, gündüz arabir açılacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.

Noyabrın 26-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyinə keçəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də havanın, əsasən gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gündüz, əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-8, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.

Noyabrın 25-də hava, əsasən yağmursuz keçəcək. Lakin noyabrın 26-da axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcək, noyabrın 26-da arabir güclənəcək. Gecə 5-9, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 0-2 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında nisbətən rütubətli hava şəraiti, eyni zamanda tez-tez şimal küləyinin cənub küləyi ilə əvəz olunması əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR