Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 23 noyabr 2009 11:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının və qollarının çirklənmə səviyyəsinin monitorinqinin noyabr ayının II ongünlüyü üçün nəticələrini açıqlayıb. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən 56 m3/san azalaraq 186 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3 və mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 225 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar 4, I Şahsevən məntəqəsində mis birləşmələri 2, fenollar 3, Bəhramtəpə məntəqəsində fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,52-6,55 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR