Azay Quliyev Avropa İqtisadi və Sosial Komitəsinin hazırladığı rəyə iradlarını bildirib - FOTO

Azay Quliyev Avropa İqtisadi və Sosial Komitəsinin hazırladığı rəyə iradlarını bildirib - <font color=red>FOTO</font>
# 23 noyabr 2009 12:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) rəyi üzrə məruzəçi Andrey Adamçikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə A. Quliyev AİSK-in Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan üzrə hazırladığı rəyin vətəndaş cəmiyyətinə aid bəzi müddəalarına iradını bildirib. Belə ki, Şura sədri rəydə ölkə QHT-lərinin müstəqil fəaliyyət göstərməsi və Milli QHT Forumunun yaradılması haqqında yazılan qeyri-dəqiq məlumatlara, son illər dövlətin QHT sektorunun inkişafı üçün atdığı ciddi addımların qeyd olunmaması barədə fikirlərə etiraz edib.
A. Quliyev, həmçinin, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumunun yaradılması prosesində şəffaflıq və aşkarlıq amillərinin yetərincə gözlənilmədiyini qonaqların diqqətinə çatdırıb. Qonaqlar gələcəkdə bu tipli hesabat və rəylərin hazırlanmasında Şuranın da mövqeyini öyrənəcəklərini bildirdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR