Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında Memorandum imzalanıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında Memorandum imzalanıb
# 15 dekabr 2009 12:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında Memorandum imzalanıb. APA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edən şura sədri Azay Quliyev bildirib ki, Memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur: “2012-2015-ci illər üçün şuranın fəaliyyət strategiyasının hazırlanmasında da USAİD-in yaxından iştirak edəcəyini güman edirik”.

Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə missiya rəhbəri Conatan M. Konli isə bildirib ki, imzalanan Memorandumda əsas məqsəd beynəlxalq təcrübədən ən yaxşı şəkildə istifadə etməklə açıq və şəffaf QHT maliyyələşməsini həyata keçirməkdir: “Davamlı QHT sektorunun yaradılması üçün əsas şərt bu təşkilatların şəffaf maliyyələşdirilməsini təmin etməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR